ABŞ-ın müdafiə naziri koronavirusa yoluxub
Tarix: 03-01-2022 10:11 | Bölmə: Dünya
ABŞ-ın müdafiə naziri koronavirusa yoluxub

ABŞ-ın Müdafiə Nazirliyinin başçısı Lloyd Ostinin COVİD-19 üçün verdiyi testin nəticəsi müsbət çıxıb.

Reyting.az
“ranmler.ru”ya istinadla oxucularını məlumatdırır ki, Amerikanın müdafiə naziri cənab Lloyd bununla bağlı şəxsən açıqlama verib: “Məni koronavirus infeksiya üçün diaqnostikaya cəlb etdilər və nəticə müsbət göstərdi. Məzuniyyət zamanı evimdə dincəlirdim və virusun ilkin əlamətlərini hiss edən kimi testdən keçməyə qərar verdim”.

Nazir onu da bildirib ki, həkimlərin göstərişinə əsasən qarşıdakı beş günü evdə karantin rejimində keçirəcək. O, həmçinin qeyd edib ki, peyvəndin faydası var və bu, müdafiə idarəsinin normal fəaliyyəti üçün əsas hərbi-tibbi tələb olaraq qalmaqdadır.

ABŞ Müdafiə Nazirliyinin saytında yerləşdirilən məlumatda cənab Lloyd xüsusu olaraq vurğulayıb ki, o, təkrar peyvənd vurduran hər kəsi dəstəkləməkdə davam edəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}