Sudanın Baş naziri etirazlara görə istefa verib
Tarix: 03-01-2022 12:33 | Bölmə: Dünya
Sudanın Baş naziri etirazlara görə istefa verib

Dünəndən etibarən Sudanda oktyabr çevrilişinə qarşı kütləvi aksiyalar başlayıb.

Reyting.az
“RİA Novosti”yə istinadla xəbər verir ki, 2019-cu ilin avqustunda Baş nazir postuna əyləşən, ötən ilin oktyabrında dövlət çevrilişi nəticəsində vəzifəsindən müvəqqəti kənarlaşdırılan, noyabrın 21-də yenidən hakimiyyətə qayıdan Abdalla Xamdok əhaliyə tele-müraciətində istefa verdiyini bəyan edib.

Müraciətində bu vəzifədə işlədiyi müddət ərzində “ölkəni fəlakətə sürüklənməkdən qorumağa çalışdığını” söyləyən Xamdok efirdən bunları dilə gətirib: “Baş nazir postundan istefa verdiyimi elan edirəm. Bu vəzifəni millətimin digər oğul və qızlarına buraxıram. Qoy onlar mülki və demokratik dövlət istiqamətində, keçid dövründən qalan müddətdə sevimli vətənimizi idarə etməyə davam etsinlər”.

Oxucularımıza xatırladaq ki, ötən ilin oktyabrın sonlarında Sudanda dövlət çevrilişi baş verib, ölkənin hərbi rəhbərliyi mülki hökumətin üzvlərini həbs edib. Sudan Suveren Şurasının sədri Abdel-Fattah al-Burxan hökuməti buraxıb və ölkədə keçid dövrü üçün fövqəladə vəziyyət elan olunub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər