Qazaxıstanın keçmiş paytaxtında nümayişçilərə qarşı ehtiyat tədbirləri görülür
Tarix: 03-01-2022 17:01 | Bölmə: Dünya
Qazaxıstanın keçmiş paytaxtında nümayişçilərə qarşı ehtiyat tədbirləri görülür

Qazaxıstanın keçmiş paytaxtının mərkəzi meydanına aparan yollar bağlanıb, mobil rabitə isə fasilələrlə işləyir.

Reyting.az
Qazaxıstanın Manqustau vilayətinin Janaozen şəhərində təbii qazın qiymətinin artması ilə bağlı etiraz nümayişinin başladığı barədə oxucularına məlumat vermişdi. “Sputnik Qazaxıstan”nın verdiyi son xəbərlərə əsasən, hökumət vilayətdə baş qaldırmış etiraz dalğasının ölkənin ən böyük şəhəri sayılan Almatıya sızmasının qarşısını almaq məqsədilə ehtiyat tədbirləri görür. Sosial şəbəkələrdə yayımlanan video-çarxlarda şəhərin Satpayev, Nazarbayev və Jeltoksan küçələrinin perimetri boyu polis kardonlarının qurulduğu öz əksini tapıb.

Manqistau vilayət administrasiyasının izahatında deyilir ki, qazın qiyməti bazar qanunları ilə, yəni tələb və təklif əsasında tənzimlənir, buna görə də problemi konstruktiv dialoq vasitəsilə həll etmək lazımdır.

Xəbərdə o da qeyd olunur ki, “Dinc toplantıların təşkili haqqında” qanununa əsasən, nümayişə çıxanların hərəkətləri qeyri-qanunidir.

“Tengrinews.kz” saytının yaydığı son xəbərə görə, dövlət başçısının tapşırığı ilə Manqistau vilayətinin sosial-iqtisadi vəziyyətini öyrənmək, eləcə də, sıxılmış qazın qiymətinin tənzimlənməsi istiqamətində tədbirlər paketini hazırlamaq üçün hökumət komissiyası yaradılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}