İraq HHM qüvvələri partlayıcı maddə daşıyan iki PUA-nı vurub
Tarix: 04-01-2022 14:36 | Bölmə: Dünya
İraq HHM qüvvələri partlayıcı maddə daşıyan iki PUA-nı vurub

İraqın Hava Hücumundan Müdafiə (HHM) qüvvələri Əyn-əl-Əsəd hərbi bazası yaxınlığında partlayıcı maddə daşıyan iki pilotsuz uçuş aparatını (PUA) vurub.

Bu hərbi bazadan ABŞ-ın başçılıq etdiyi beynəlxalq antiterror koalisiyasının qüvvələri istifadə edir.

TASS xəbər verir ki, bir gün əvvəl Bağdad hava limanının yaxınlığında yerləşən “Viktoria” hərbi düşərgəsi yaxınlığında analoji hücum cəhdinin qarşısı alınıb. Əvvəllər bu düşərgədə koalisiya hərbçiləri məskunlaşmışdı/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}