23:15 / 12-05-2024
Şoyqu getdi, Belousov gəlir
Qazaxıstan DİN: Etirazlar zamanı 8 asayiş keşikçisi öldürülüb, yüzlərlə yaralı var
Tarix: 06-01-2022 09:02 | Bölmə: Dünya
Qazaxıstan DİN: Etirazlar zamanı 8 asayiş keşikçisi öldürülüb, yüzlərlə yaralı var

Qazaxıstanın bölgələrində baş verən iğtişaşlar nəticəsində 8 polis əməkdaşı və Milli Qvardiyanın əsgəri həlak olub, 317 nəfər yaralanıb.

Bu barədə respublika Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Nizamsızlıq edən kütlənin əlindən qanun-qaydanı və əhalinin sağlamlığını təmin edən asayiş keşikçiləri, həkimlər, həmçinin sadə vətəndaşlar, eləcə də yaşlı insanlar, yüzlərlə insan zərər çəkib. 317 polis əməkdaşı və Milli Qvardiyanın hərbi qulluqçusu yaralanıb, səkkiz nəfər həlak olub”, - xəbərdə deyilir.

Qeyd olunur ki, çərşənbə günü ölkənin bəzi rayonlarında “təxribatçıların təşkil etdiyi, xuliqan ünsürlərin dəstəklədiyi iğtişaşlar, vandalizm və talançılıq davam edib”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}