Nur-Sultanda inzibati binaların mühafizəsi gücləndirilib, aviareyslər təxirə salınıb
Tarix: 06-01-2022 10:18 | Bölmə: Dünya
Nur-Sultanda inzibati binaların mühafizəsi gücləndirilib, aviareyslər təxirə salınıb

Qazaxıstanın paytaxtı Nur-Sultanda bütün inzibati binalar gücləndirilmiş mühafizəyə götürülüb.

Bu barədə “Sputnik.kz” Qazaxıstan polis idarəsinin rəhbərinə istinadən xəbər verib.

“Qazaxıstanın paytaxtında bütün inzibati binalar ciddi mühafizəyə götürülüb” - PD (Polis Departamenti-red.) rəhbəri Yerjan Sadenov”, – agentlik öz teleqramında bildirib.

Eyni zamanda paytaxtda bütün aviareyslər yerli vaxtla saat 12-dək (Bakı vaxtı ilə saat 10:00-a qədər-red) təxirə salınıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}