Almatıda vəziyyət gərgin olaraq qalır
Tarix: 06-01-2022 21:06 | Bölmə: Dünya
Almatıda vəziyyət gərgin olaraq qalır

Qazaxıstanın Almatı şəhərində vəziyyət gərgin olaraq qalır.

TASS xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qazaxıstanın digər bölgələrində isə vəziyyət sabitləşib.

Paytaxt Nur-Sultan, Çimkent, Akmola, Qızılorda, Pavlodar, Şimali Qazaxıstan və Türküstan vilayətlərində sakitlik hökm sürür.

Aktobe, Atırau, Qərbi Qazaxıstan, Mangistau vilayətlərində bir neçə magistral və dəmir yolu xətti bağlanıb.

Antiterror əməliyyatı davam edir.




Bölməyə aid digər xəbərlər
29-04-2025, 08:21 Kiyevə hücum başlayıb