16:39 / 28-11-2024
Sabah qar yağacaq
Rusiyanın Münhen konsulluğundakı əməkdaşı "arzuolunmaz şəxs" elan olunub
Tarix: 28-01-2022 18:24 | Bölmə: Dünya
Rusiyanın Münhen konsulluğundakı əməkdaşı "arzuolunmaz şəxs" elan olunub

Almaniya hökuməti Rusiyanın Münhendəki konsulluğunun əməkdaşını “arzuolunmaz şəxs” elan edib.

“RİA Novosti” xəbər verir ki, bu barədə “Der Spiegel” nəşri yazıb.

O, casusluqda şübhəli bilinir.

Diplomatın Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) əməkdaşı olduğu bildirilir.

Qeyd olunur ki, o, Almaniya universitetlərindən birinin təbiətşünaslıq fakültəsində işləyən rusiyalı İlnur N.-yə qarşı açılmış cinayət işi çərçivəsində saxlanılıb. Almaniya Federal Prokurorluğu İlnur N.-yə qarşı Rusiyanın xeyrinə casusluq işi üzrə ittiham irəli sürüb.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Avropa kosmos proqramı ilə bağlı məlumatların Moskvaya ötürülməsi ittihamı ilə Almaniyada insanların saxlanmasından xəbərsizdir/Report




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər