16:39 / 28-11-2024
Sabah qar yağacaq
Stoltenberq: "Vəziyyət gərginləşsə, bu, Rusiyaya baha başa gələcək"
Tarix: 29-01-2022 14:27 | Bölmə: Dünya
Stoltenberq: "Vəziyyət gərginləşsə, bu, Rusiyaya baha başa gələcək"

"NATO Ukrayna ətrafındakı vəziyyətlə bağlı Rusiya ilə dialoq aparmağa hazırdır. Lakin vəziyyət gərginləşsə, bu, Rusiyaya baha başa gələcək".

“RİA Novosti” xəbər verir ki, bu fikirləri NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

“Heç kim silahlı münaqişədə maraqlı deyil. Siyasi həll hər birimiz üçün sərfəlidir. Ancaq biz ən pis ssenariyə də hazırıq. Rusiya növbəti dəfə Ukraynaya qarşı güc tətbiq etsə, iqtisadi və siyasi sanksiyalarla bunun əvəzini ödəməli olacaq. Biz Ukraynaya onun özünümüdafiə hüququnu dəstəkləmək üçün yardım göstərəcəyik”, - o bildirib.

Y.Stoltenberq həmçinin bildirib ki, NATO-nun bütün müttəfiqləri Ukraynanı müdafiə etməyə hazırdır/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər