16:39 / 28-11-2024
Sabah qar yağacaq
Lavrov: “Rusiya ABŞ-la yaxşı münasibətlər qurmaq istəyir”
Tarix: 30-01-2022 18:07 | Bölmə: Dünya
Lavrov: “Rusiya ABŞ-la yaxşı münasibətlər qurmaq istəyir”

“Rusiya ABŞ-la yaxşı, qarşılıqlı hörmətə əsaslanan, bərabərhüquqlu münasibətlər istəyir”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkənin Birinci televiziya Kanalının “Bazar vaxtı” verilişində deyib.

O bildirib ki, ABŞ-la, eləcə də dünyanın istənilən başqa ölkəsi ilə yaxşı, bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan, münasibətlər qurmaq istəyirlər:

“Rusiya prezidenti Vladimir Putin bu barədə ABŞ prezidenti Co Baydenə də bildirib və hansı ki, 2021-ci ilin iyununda Cenevrədə keçirilən görüşdə məhz belə bir əhval-ruhiyyə var idi”.

O əlavə edib ki, Rusiyanın da ABŞ kimi öz maraqları var/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər