16:39 / 28-11-2024
Sabah qar yağacaq
Fransanın səfiri Malidən qovulub
Tarix: 01-02-2022 12:00 | Bölmə: Dünya
Fransanın səfiri Malidən qovulub

Mali hakimiyyəti Fransanın xarici işlər naziri Jan-İv Le Drianın bu ölkə haqqında şərhini ürəkbulandıran və qəbuledilməz hesab edərək, səfirin ölkədən çıxarılması barədə qərar qəbul edib.

Reyting.az
-ın “BBC”-yə istinadla verdiyi məlumata görə, fransalı diplomata ölkəni tərk etmək üçün 72 saat vaxt verilib və bundan sonra Fransa Xarici İşlər Nazirliyi səfiri geri çağırıb.

Xatırladaq ki, Fransan xarici işlər nazirinin Malidə hakimiyyəti hərbçilərin ələ keçirdiyi, burada xuntanın mövcudluğu barədə şərhləri olub.

Xəbərdə o da qeyd edilir ki, cənab Le Drian buna qədər də Mali hakimiyyətini “Vaqner” hərbi şirkətinin döyüşçülərini “resurs mübadiləsi əvəzində xuntaya yardım göstərməkdə” ittiham etmişdi.

Oxucularımıza xatırladaq ki, hələ yanvarın 14-də İsveç XİN-nin başçısı Ann Linde bəyan etmişdi ki, onun ölkəsi Avropanın Takubada həyata keçirdiyi antoterror əməliyyatlarında iştirakına son qoymaq qərarına gəlib. Bunun səbəbi kimi həmin əməliyyatlara “Vaqner” döyüşçülərinin cəlb olunması göstərilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər