16:39 / 28-11-2024
Sabah qar yağacaq
Ermənistanda nazirin prezidentliyə namizədliyi irəli sürülüb
Tarix: 01-02-2022 18:47 | Bölmə: Dünya
Ermənistanda nazirin prezidentliyə namizədliyi irəli sürülüb

Ermənistanda iqtidardakı Vətəndaş Müqaviləsi Partiyası ölkə prezidentliyinə yüksək texnologiyalar sənayesi naziri Vahanq Xaçaturyanın namizədliyini irəli sürüb.

Bunu parlamentin sədri Alen Simonyan jurnalistlərə bildirib.

Prezident Armen Sarkisyanın istefasından sonra dövlət başçısını müvəqqəti əvəz edən spiker qeyd edib ki, iqtidar partiyasında bir neçə nəfərin namizədliyi müzakirə olunduqdan sonra V.Xaçaturyanla bağlı razılığa gəlinib.

Xatırladaq ki, A.Sarkisyanın 23 yanvar tarixində verdiyi istefa ərizəsi Alen Simonyan tərəfindən bu gün imzalanıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər