16:39 / 28-11-2024
Sabah qar yağacaq
Rusiya Baş nazirinin müavini Ermənistana gedib - Kommunikasiyaların açılması müzakirə olunub
Tarix: 02-02-2022 16:02 | Bölmə: Dünya
Rusiya Baş nazirinin müavini Ermənistana gedib - Kommunikasiyaların açılması müzakirə olunub

Ermənistanda səfərdə olan Rusiya Baş nazirinin müavini Aleksey Overçuk İrəvanda erməni həmkarı Mqer Qriqoryanla görüşdə Cənubi Qafqazda kommunikasiyaların açılmasını müzakirə edib.

“Sputnik Armeniya” xəbər verir ki, bu barədə Rusiya hökumətinin rəsmi saytında məlumat yerləşdirilib.

Bildirilib ki, tərəflər Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli İşçi qrupunun fəaliyyətini və Cənubi Qafqazda kommunikasiyaların açılması məsələlərini müzakirə ediblər.

Eyni zamanda Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpası perspektivləri də nəzərdən keçirilib.

Tərəflər həmçinin Ermənistan-Rusiya münasibətlərinin aktual məsələlərini, ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın vəziyyəti və perspektivlərini də müzakirə ediblər.

M.Qriqoryan və A.Overçuk "Cənubi Qafqaz Dəmir Yolu" şirkətinin Ermənistan iqtisadiyyatı üçün mühüm rol oynadığını vurğulayıblar.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər