16:39 / 28-11-2024
Sabah qar yağacaq
Rəsmi Tehran: "ABŞ sanskiayaların yalnız qismən götürülməsinə razılaşıb"
Tarix: 02-02-2022 18:50 | Bölmə: Dünya
Rəsmi Tehran: "ABŞ sanskiayaların yalnız qismən götürülməsinə razılaşıb"

ABŞ İrana qarşı sanksiyaların yalnız bir hissəsini ləğv etməyə razılaşıb, lakin hazırkı şərtlər nüvə sazişi üzrə razılaşmaya ümid etməyə əsas verir.

Bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin rəsmi nümayəndəsi Məmud Abbaszadə Meşkini deyib.

"Danışıqlar prosesində müsbət məqamlar var, lakin razılaşdırılmalı olan mühüm məsələlər var. Təbii ki, İranın bütün sanksiyaları ləğv etmək hüququ var, lakin hazırda qarşı tərəf onların yalnız qismən götürülməsinə razılaşıb", - Meşkini qeyd edib.

Qeyd edək ki, yanvarın 3-də Vyanada İranın nüvə proqramı ilə bağlı danışıqların səkkizinci raundu bərpa olunub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər