16:39 / 28-11-2024
Sabah qar yağacaq
Boris Consonla Vladimir Putin Ukrayna məsələsini müzakirə ediblər
Tarix: 02-02-2022 22:20 | Bölmə: Dünya
Boris Consonla Vladimir Putin Ukrayna məsələsini müzakirə ediblər

Böyük Britaniyanın Baş naziri Boris Consonla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

Reyting.az
xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Məlumata görə, tərəflər Ukraynadakı vəziyyəti, habelə təhlükəsizlik zəmanəti məsələlərini müzakirə ediblər.

Rəsmi Londonun məlumatında isə qeyd olunur ki, B. Conson V. Putinlə söhbətində diplomatiyanın vacibliyini və Ukraynanın danışıqlara cəlb edilməsinin labüdlüyünü bildirib.

Britaniyanın Baş naziri Rusiyanın Ukrayna ilə sərhəddəki fəaliyyətindən də “dərin narahatlığını” ifadə edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər