16:39 / 28-11-2024
Sabah qar yağacaq
Ərdoğan: "Təəssüf ki, Ukrayna ilə Rusiya arasında gərginlik getdikcə artır"
Tarix: 04-02-2022 14:10 | Bölmə: Dünya
Ərdoğan: "Təəssüf ki, Ukrayna ilə Rusiya arasında gərginlik getdikcə artır"

"Rusiya və Ukrayna arasındakı gərginliyin azalması üçün lazımi töhfəni verməyə hazırıq”.

“TRT Haber” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

“Təəssüf ki, Ukrayna ilə Rusiya arasında gərginlik getdikcə artır. Gərginliyi azaltmaq üçün lazımi töhfəni verməyə hazır olduğumuzu Prezident Volodimir Zelenskiyə şəxsən dedim. O da “Bu vəziyyətdə üzərimə nə düşürsə, bunu etməyə hazıram. Mənə telefon etdiyiniz andan, iki gün sonra, nə desəniz, haraya desəniz oraya gələrəm” dedi. Bu mövzuda liderlər səviyyəsində bir zirvəyə və ya texniki səviyyədə görüşlərə ev sahibliyi etməyə hazır olduğumuzu ifadə etdik”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər