16:39 / 28-11-2024
Sabah qar yağacaq
İran XİN-dən ABŞ-ın sanksiyaları yumşaltmasına reaksiya: "Bu, kifayət deyil"
Tarix: 05-02-2022 13:50 | Bölmə: Dünya
İran XİN-dən ABŞ-ın sanksiyaları yumşaltmasına reaksiya: "Bu, kifayət deyil"

İran ABŞ prezidenti Co Baydenin hökumətinin İrana qarşı bəzi sanksiyaların yumşaldılması ilə bağlı atdığı addımı dəyərləndirib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib ki, ABŞ hökumətinin bu addımı kifayət etmir: "Təbiidir ki İslam Respublikası gözləyir ki ABŞ Hərtərəfli Birgə Fəaliyyət Planının tələblərinə uyğun sanksiyaların ləğvi ilə bağlı öhdəliyini yerinə yetirsin. Bu gün ABŞ-ın verdiyi qərar nüvə sahəsinə tətbiq olunan sanksiyaların yumşaldılması ilə bağlıdır. Hamı bilir ki, bu, kifayət deyil".

İran XİN sözçüsü qeyd edib ki, Hərtərəfli Birgə Fəaliyyət Planının öhdəliklərinə dair atılmış hər bir addım rəsmi Tehran tərəfindən diqqətdə saxlanılacaq/APA.

Qeyd edək ki, ötən gecə Bayden hökuməti İranın sülhyönlü nüvə proqramına dair sanksiyalara güzəşt tətbiq edib.

ABŞ-n tətbiq etdiyi güzəştlər xarici ölkə və şirkətlərə İranla Buşəhr nüvə stansiyası, Ərak ağır su zavodu və Tehran Araşdırma Reaktoru ilə əməkdaşlıq etməyə icazə verir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər