16:39 / 28-11-2024
Sabah qar yağacaq
Lukaşenko: “Polşanın Belarusun işlərinə müdaxiləsi müharibəyə səbəb ola bilərdi”
Tarix: 06-02-2022 17:17 | Bölmə: Dünya
Lukaşenko: “Polşanın Belarusun işlərinə müdaxiləsi müharibəyə səbəb ola bilərdi”

"Polşanın 2020-ci ildə Belarusda keçirilmiş prezident seçkilərinə təsir etmək cəhdi NATO qoşunlarının ölkəni işğal etməsinə və Üçüncü Dünya Müharibəsinin başlamasına səbəb ola bilərdi".

Rusiya mətbuatı xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Prezident seçkiləri öncəsi plan var idi, mən də bu barədə danışmışdım, heç olmasa bir günlük, bir sutkalıq hökumət evinə girmək, masa arxasında oturmaq, daha yaxşısı, burada, İstiqlal Sarayında olmaq lazım idi. ", - Lukaşenko bildirib.

"Onlar NATO-nu, sözün əsl mənasında, bir anlıq dəvət edərdilər. Və vəziyyəti təsəvvür edin, NATO-nu bura dəvət etdilər və sonra? Onda müharibə olardı, niyə?", - Prezident yeni dünya müharibəsi təhlükəsini düşünüb-görmədiyini aydınlaşdırmaq xahişinə müsbət cavab verərək sözünə davam edib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər