Makron: “Rusiya ilə dialoq zəruridir”
Tarix: 08-02-2022 23:58 | Bölmə: Dünya
Makron: “Rusiya ilə dialoq zəruridir”

“Rusiya ilə dialoq zəruridir”.

Bunu Fransa prezidenti Emmanuel Makron deyib.

O, qeyd edib ki, Rusiya ilə dialoq müxtəlif formatlarda davam etdirilməlidir/Report.

Fransa prezidenti eyni zamanda Ukraynada vəziyyətin deeskalasiyasına yönəlmiş razılaşdırılmış hərəkətləri davam etdirəcəyini vəd edib: “Ukrayna böhranının nizamlanması üzrə “Normand formatı” çərçivəsində danışıqlar yaxın günlərdə də davam edəcək. Biz Rusiya Federasiyası ilə müxtəlif formatlarda tələbkar və vacib dialoqu davam etdirmək üçün bütün vasitələrdən istifadə etməliyik. Bu dialoqu bərpa etmək və bütün tərəflərin öhdəliklərini yerinə yetirmək öhdəliyi Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski tərəfindən açıq şəkildə ifadə edilib”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}