Almaniya kansleri: "Rusiya ilə bütün səviyyələrdə dialoqa hazırıq"
Tarix: 09-02-2022 22:56 | Bölmə: Dünya
Almaniya kansleri: "Rusiya ilə bütün səviyyələrdə dialoqa hazırıq"

"Almaniya Ukrayna ətrafında vəziyyətin nizamlanması üçün Rusiya ilə bütün səviyyələrdə dialoqa hazırdır".

Bunu Almaniya kansleri Olaf Şolts deyib.

Kansler Rusiya ilə bütün səviyyələrdə dialoqa çağırıb.

Şolts qeyd edib ki, Almaniyanın Avropa İttifaqı və NATO ilə razılaşdırılmış strategiyası Rusiya ilə bütün səviyyələrdə və mümkün formatlarda dialoqa hazır olmaq deməkdir/Report.

Bundan əvvəl Şolts bildirib ki, Ukraynanın ərazi bütövlüyü və suverenliyinin növbəti dəfə pozulması yolverilməzdir və Rusiya üçün ciddi nəticələrə gətirib çıxaracaq, lakin Qərb dialoqa sadiqdir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}