Ukrayna ABŞ-dan növbəti partiya döyüş sursatı alıb
Tarix: 09-02-2022 23:55 | Bölmə: Dünya
Ukrayna ABŞ-dan növbəti partiya döyüş sursatı alıb

ABŞ-dan Ukraynaya növbəti partiya döyüş sursatı çatdırılıb.

Bu barədə Ukraynanın müdafiə naziri Aleksandr Reznikov məlumat verib.

"Bu gün Borispol aeroportunda açıq qapı günüdür. 9-cu quşun ardınca ABŞ-dan 10-cu quş da uçub gəldi. Ukrayna silahlı qüvvələrinə daha 80 ton sursat gətirildi", - deyə nazir "Tvitter"də yazıb.(APA)

Qeyd edək ki, bu il ABŞ Ukraynaya 650 ton, Avropadakı digər müttəfiqləri isə ümumlikdə 350 ton silah-sursat verib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}