Tokayev Putinlə görüşüb: "İğtişaşlarda əli olan hər kəs cəzalandırılacaq"
Tarix: 10-02-2022 16:34 | Bölmə: Dünya
Tokayev Putinlə görüşüb: "İğtişaşlarda əli olan hər kəs cəzalandırılacaq"

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında görüş keçirilib.

Məlumata görə, görüşün protokol hissəsində çıxış edən Vladimir Putin Qazaxıstanın yanvar ayında beynəlxalq qruplaşmanın qurbanı olduğunu söyləyib.

“Bu, bizim yanvar hadisələrindən, mübaliğəsiz desək Qazaxıstanın ölkədəki mürəkkəb vəziyyətdən istifadə edən hansısa beynəlxalq qruplaşmanın qurbanı olmasından sonra ilk görüşümüzdür. Qazaxıstanda vəziyyət bərpa olunub, ölkə respublika rəhbərliyinin səyləri sayəsində möhkəm dayanıb. Rusiya KTMT ölkələrindən biri kimi müqavilənin dördüncü bəndinə uyğun olaraq Qazaxıstana dəstək oldu. Lakin əlbəttə ki, Qazaxıstanın öz rəhbərliyi, hüquq-mühafizə orqanları, Silahlı Qüvvələri başlıca rol oynadı”, - Putin vurğulayıb/APA.

Reyting.az-ın məlumatına görə, Tokayev isə deyib ki, yanvar iğtişaşlarında əli olan hər kəs cəzalandırılacaq: "Bu, Qazaxıstanda baş verənlərdən sonra mənim Rusiyaya ilk səfərimdir. Terrorçular konstitusiya quruluşunu sarsıtmaq istəyirdilər. Hücum məhz bu məqsədlə olmuşdu. Çoxlu qurbanlar olub. Hazırda istintaq davam edir. Hər bir faktla bağlı araşdırma aparılır. Günahkarlar, şübhəsiz ki, cəzalanacaqlar”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}