ABŞ Ukraynaya daha 130 tonluq hərbi yardım göndərib
Tarix: 11-02-2022 10:28 | Bölmə: Dünya
ABŞ Ukraynaya daha 130 tonluq hərbi yardım göndərib

ABŞ-dan Ukraynaya hərbi yardımın növbəti partiyası göndərilib.

Bu barədə ölkənin müdafiə naziri Aleksey Reznikov feysbukda yazıb.

Onun sözlərinə görə, budəfəki hərbi yardımın çəkisi 130 tondur: “Daha 2 hərbi təyyarə Kiyevə çatıb. Bu, ABŞ-ın 15-ci hərbi yardımıdır. Hərbi yardımların ümumi çəkisi 1200 tondan çoxdur”.

Eyni zamanda hərbi yardımın gələcəkdə də davam etdiriləcəyi bildirilib.

Qeyd edək ki, bundan əvvəl sonuncu hərbi yardım fevralın 9-da göndərilmişdi. Rəsmi Vaşinqton Rusiyanın Ukraynaya mümkün hücumu ilə əlaqədər Kiyevə dəstək göstərəcəyinə razılıq verib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}