ABŞ-ın Ukraynadakı səfirliyi vətəndaşlarını bu ölkəyə səyahət etməməyə çağırıb
Tarix: 11-02-2022 16:08 | Bölmə: Dünya
ABŞ-ın Ukraynadakı səfirliyi vətəndaşlarını bu ölkəyə səyahət etməməyə çağırıb

ABŞ-ın Ukraynadakı səfirliyi vətəndaşlarını həmin ölkəyə Rusiyanın hərbi təhlükəsi və koronavirusun yayılması ilə bağlı səyahət etməməyə çağırıb.

UNIAN xəbər verir ki, səfirliyin verdiyi açıqlamada hazırda Ukraynada olan ABŞ vətəndaşlarının həmin ölkəni təcili surətdə tərk etmələri bildirilir: “ABŞ vətəndaşları bilməlidirlər ki, Rusiya Ukraynanın hər hansı bölgəsində hərbi əməliyyat keçirəcəyi təqdirdə, Birləşmiş Ştatlar hökuməti öz vətəndaşlarını təxliyə edə bilməyəcək”/Report.

ABŞ vətəndaşlarını Ukraynanı tərk etmələri barədə Dövlət Departamenti də xəbərdar edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}