Ərdoğan Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurası heyətini qəbul edib
Tarix: 11-02-2022 18:30 | Bölmə: Dünya
Ərdoğan Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurası heyətini qəbul edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurası heyətini qəbul edib.

Reyting.az
xəbər verir ki, bu barədə TDT məlumat yayıb.

Məlumatda qeyd ounub ki, toplantıda Ağsaqqalar Şurasının sədri Binali Yıldırım və digər rəsmi şəxslər də iştirak edib. Azərbaycanı isə Şuranın üzvü, diplomat Həsən Həsənov təmsil edib.

İclasda Türkiyə Prezidenti fevralın 9-da İstanbulda keçirilən Ağsaqqallar Şurasının XII toplantısı barədə məlumatlandırılıb.

Görüş İstanbul şəhərindəki Vahidəddin köşkündə baş tutub




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}