16:39 / 28-11-2024
Sabah qar yağacaq
Rəsmi Kiyev Rusiyaya 48 saat vaxt verib
Tarix: 12-02-2022 00:09 | Bölmə: Dünya
Rəsmi Kiyev Rusiyaya 48 saat vaxt verib

Ukrayna Rusiyadan sərhədləri yaxınlığında hərbi fəaliyyətə aydınlıq gətirməsini tələb edib.

Bu barədə “Forbes” məlumat yayıb.

Bildirilir ki, rəsmi Kiyev Rusiyadan 48 saat ərzində cavab tələb edir.

Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba “Tvitter” hesabında yazıb ki, Kiyev Moskvadan sərhəd bölgələrində və Krımda hərbi fəaliyyətlə bağlı ətraflı açıqlamalar istəyib.

D. Kuleba qeyd edib ki, Ukrayna Vyana Sənədinin III bölməsində nəzərdə tutulan risklərin azaldılması mexanizmini rəsmən tətbiqləyib. “Vyana Sənədinin müddəalarına əsasən, Rusiya hərbi fəaliyyətin aparılması üçün dəqiq əraziləri təqdim etməli, onun başa çatma tarixini, habelə hərbi birləşmələrin adını, tabeliyini, həmçinin ona cəlb olunan silah və hərbi texnikanın növləri, sayını bildirməlidir”, - nazir əlavə edib.

Kuleba bildirib ki, Ukrayna Rusiyaya cavab vermək üçün 48 saat vaxt verib. Nazir qeyd edib ki, Rusiya bunu etməsə və ya “qeyri-kafi və ya uyğun olmayan” məlumat təqdim etsə, Kiyev təcili iclas çağırmaq üçün Vyana Sənədinin digər ölkələrinə müraciət edəcək və bu zaman Moskva aydınlıq gətirməli olacaq. “Biz Ukraynanın təhlükəsizliyini təmin etmək üçün bütün diplomatik imkanlardan istifadəyə davam edəcəyik”, - o, fikirlərini yekunlaşdırıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər