16:39 / 28-11-2024
Sabah qar yağacaq
XİN başçısı: "Ukrayna və tərəfdaşları dövlətimizi qorumaq üçün qəti addımlara hazırdır"
Tarix: 12-02-2022 11:25 | Bölmə: Dünya
XİN başçısı: "Ukrayna və tərəfdaşları dövlətimizi qorumaq üçün qəti addımlara hazırdır"

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ABŞ dövlət katibi Entoni Blinken, Almaniyanın xarici işlər naziri Annalena Berbok və Aİ diplomatiyasının rəhbəri Jozep Borrellə telefon danışığı aparıb.

O, bu barədə "Tvitter" səhifəsində yazıb.

Nazir Blinkenlə Rusiyadan gələn təhdidlərə qarşı birgə mübarizəni müzakirə etdiklərini bildirib.

“ABŞ təhlükəsizlik yardımından əlavə, Ukraynaya güclü iqtisadi dəstək verəcək. Rusiyanın heç bir şübhəsi olmasın: Ukrayna və tərəfdaşları dövlətimizi qorumaq üçün qəti addımlara hazırdır”, - D.Kuleba yazıb/Report.

A.Berbok ilə söhbətində D.Kuleba Almaniya kansleri Olaf Şoltsun Ukraynaya səfərinə hazırlıq məsələlərini müzakirə edib.

“Rusiya Federasiyasının aqressiv hərəkətləri fonunda təhlükəsizlik vəziyyətini ətraflı müzakirə etdik. Almaniya kansleri Olaf Şoltsun bazar ertəsi baş tutacaq səfərinə fəal hazırlaşırıq. Təhdidlərə qarşı birgə və qətiyyətli addımları müzakirə etmək üçün əsl vaxtdır”, - nazir əlavə edib.

Onun sözlərinə görə, Aİ diplomatiyasının rəhbəri Josep Borrell ilə söhbətdə mövcud təhlükəsizlik vəziyyətini müzakirə ediblər.

“O təsdiq etdi ki, Rusiya üçün ağır sanksiyalar paketi artıq hazırdır. Aİ Ukraynaya siyasi və maliyyə dəstəyi göstərmək üçün əlavə səylər göstərəcək. Aİ-yə qəti mövqeyinə və qətiyyətli addımlar atmağa hazır olmasına görə minnətdaram”, - D.Kuleba deyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər