Bayden Zelenski ilə Ukrayna böhranını müzakirə edib
Tarix: 13-02-2022 22:11 | Bölmə: Dünya
Bayden Zelenski ilə Ukrayna böhranını müzakirə edib

ABŞ və Ukrayna prezidentləri Cozef Baydenlə Volodimir Zelenski arasında telefon danışığı olub.

Reyting.az
-ın məlumatına görə, bu barədə Ağ Evdən bildirilib.

Telefon danışığı 1 saata yaxın davam edib.

Son məlumata görə, ABŞ və Ukrayna prezidentləri təhlükəsizlik, iqtisadi məsələlər və Rusiyaya qarşı sanksiyaları müzakirə edib.

Bu barədə Ukrayna prezidenti “Tvitter” hesabında yazıb.

Xatırladaq ki, daha əvvəl Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov bildirib ki, iki ölkənin lideri danışıqlar zamanı “təhlükəsizlik vəziyyətini və gərginliyin azaldılması üçün davam edən diplomatik səyləri” müzakirə etmək niyyətindədirlər.

Qeyd edək ki, bu, Zelenski ilə Bayden arasında ilin əvvəlindən bəri üçüncü telefon danışığıdır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}