Rusiya XİN: “Rusiya Türkiyə-Ermənistan arasında təmas nöqtələri axtarmağa davam edəcək”
Tarix: 14-02-2022 18:57 | Bölmə: Dünya
Rusiya XİN: “Rusiya Türkiyə-Ermənistan arasında təmas nöqtələri axtarmağa davam edəcək”

“Rusiya gələcəkdə də Türkiyə və Ermənistan arasında təmas nöqtələrini aramağa davam edəcək”.

"Sputnik Armeniya” xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyanla telefon danışığı zamanı söyləyib.

Bildirilib ki, Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin qarşıdan gələn görüşü ərəfəsində Rusiya regionda sabitliyin qorunması üçün iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinə töhfə verməyə hazır olduğunu bir daha təsdiqləyib/Report.

Qeyd edək ki, Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin növbəti görüşü fevralın 24-də Avstriyanın paytaxtı Vyanada keçiriləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}