16:39 / 28-11-2024
Sabah qar yağacaq
ABŞ öz vətəndaşlarını Belarusu tərk etməyə çağırıb
Tarix: 15-02-2022 07:49 | Bölmə: Dünya
ABŞ öz vətəndaşlarını Belarusu tərk etməyə çağırıb

ABŞ hakimiyyəti Ukrayna ətrafında yaranmış vəziyyəti nəzərə alaraq vətəndaşlarına Belarusu və tanınmamış Dnestryanı ərazini dərhal tərk etməyi tövsiyə edib.

Reyting.az
xəbər verir ki, bu, Dövlət Departamentinin yaydığı bəyanatlarda yer alıb.

“Belarusdakı ABŞ vətəndaşları dərhal ölkəni tərk etməli və ölkəyə səfər etməkdən çəkinməlidirlər”,- deyə qeyd olunub.

Digər bir bəyanatda isə amerikalılara Moldovaya səfər etməmək tövsiyə olunur. Bundan əlavə, izah edilir ki, Dnestryanıdakı ABŞ vətəndaşları dərhal bu ərazini tərk etməlidirlər.

Bütün bu bəyanatlara səbəb Rusiyanın Ukrayna ətrafındakı hərbi fəaliyyətidir.(APA)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər