16:39 / 28-11-2024
Sabah qar yağacaq
Rəsmi London: "Rusiyanın Ukraynanı işğalı ehtimalı yüksəkdir və bu, hər an baş verə bilər"
Tarix: 15-02-2022 13:44 | Bölmə: Dünya
Rəsmi London: "Rusiyanın Ukraynanı işğalı ehtimalı yüksəkdir və bu, hər an baş verə bilər"

"Rusiyanın Ukraynanı işğalı ehtimalı yüksəkdir və bu, hər an baş verə bilər".

“Reuters”in xəbərinə görə, bunu Böyük Britaniyanın xarici işlər naziri Liz Trass “Sky News”a açıqlamasında deyib.

O bildirib ki, Rusiyanın Ukraynanı işğal etməsi Avropanın genişmiqyaslı sabitliyinə təhlükə törədə, həmçinin bütün dünyada təcavüzkarları cəsarətləndirə bilər.

XİN başçısı məsələnin qlobal sabitliklə əlaqəli olduğunu vurğulayıb.

“Biz Vladimir Putinə mesaj verməliyik ki, təcavüzün heç bir mükafatı ola bilməz”, - deyə XİN başçısı bildirib.

Liz Trass ABŞ siyasətçiləri ilə həmfikir olduğunu və Rusiyanın münaqişəni alovlandırmaq üçün “yalançı bayraq” (false flag) əməliyyatından istifadə edə biləcəyini qeyd edib/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər