16:39 / 28-11-2024
Sabah qar yağacaq
Duma separatçı "DXR" və "LXR"-in tanınması üçün Putinə müraciət edib
Tarix: 15-02-2022 14:49 | Bölmə: Dünya
Duma separatçı "DXR" və "LXR"-in tanınması üçün Putinə müraciət edib

Rusiya Dövlət Duması Ukraynanın separatçı Donbass hövzəsinin “respublikaları”nın (“Donetsk və Luqansk Xalq Respublikaları”) müstəqilliyinin tanınması ilə bağlı Prezident Vladimir Putinə müraciət qəbul edib.

Bu barədə TASS məlumat yayıb/APA.

Xatırladaq ki, bir müddət əvvəl Kommunist Partiyasından olan deputatlar Dumanın Rusiya Prezidentinə müraciət layihəsində Vladimir Putindən öz müstəqilliyini elan etmiş “Donetsk və Luqansk Xalq Respublikaları”nın müstəqil dövlət kimi tanınması məsələsini nəzərdən keçirməyi, habelə bu qurumlarla danışıqlar aparmağı xahiş edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər