16:39 / 28-11-2024
Sabah qar yağacaq
Rəsmi Kiyevdən Moskvaya xəbərdarlıq: "Əgər tanımaqla bağlı qərar qəbul edilsə..."
Tarix: 15-02-2022 16:56 | Bölmə: Dünya
Rəsmi Kiyevdən Moskvaya xəbərdarlıq: "Əgər tanımaqla bağlı qərar qəbul edilsə..."

Ukrayna Moskvanın "Donetsk və Luqansk Xalq Respublikaları"nın tanımasını de-fakto və de-yure Minsk razılaşmalarından çəkilmək kimi qiymətləndirəcək.

Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba keçirdiyi brifinqdə deyib.

“Mən Ukraynanın dəyişməz mövqeyini sizə bir daha xatırlatmaq istəyirəm. Əgər tanımaqla bağlı qərar qəbul edilsə, Rusiya Minsk razılaşmalarından de-fakto və de-yure olaraq çəkiləcək. Biz artıq öz tərəfdaşlarımıza bu barədə xəbərdarlıq etmişik”, - XİN başçısı vurğulayıb.

Nazir, Rusiyanın Ukrayna ilə sərhəddə cəmlənmiş qoşunlarının bir hissəsinin təlimlərin başa çatması ilə əlaqədar daimi dislokasiya yerlərinə qaytarılması barədə bəyanatlarına şübhə ilə yanaşdığını qeyd edib.

“Tərəfdaşlarımızla birlikdə biz, doğrudan da Rusiyanı vəziyyəti daha da gərginləşdirməkdən çəkindirə bilmişik. İndi fevralın ortasıdır və siz görürsünüz ki, diplomatiya davam edir”, - Kuleba əlavə edib/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər