Putin prezidentdən sonra kansleri də 5 metrlik masada oturdub - Foto
Tarix: 15-02-2022 18:19 | Bölmə: Dünya
Putin prezidentdən sonra kansleri də 5 metrlik masada oturdub

Rusiya prezidenti Putin, Moskvaya ilk dəfədir kansler statusunda səfər edən Almaniya Baş naziri Olaf Şolszu məşhur 5 metrlik masada oturdub.

Reyting.az
xatırladır ki, fevralın 7-də Moskvaya səfər edən Fransa prezidenti Emmanuel Makronun da Kremldə həmin 5 metrlik masada oturdulması ötən həftənin gündəminə çevrilmişdi.

Şolszun da keçən həftə nəhəng masanın qonağı olan Fransa prezidenti Makron kimi Rusiyanın PCR testindən imtina etdiyi bildirilir.

Ukrayna-Rusiya gərginliyini müzakirə etmək üçün Kiyevdən Moskvaya gələn Almaniya kanslerinin nəhəng masada qəbul edilməsi diqqət cəlb edib. Bir çoxlarının fikrincə, bu addımla Kreml Avropa liderlərini alçaldır. Amma mənbələr bildiriblər ki, Şolsz da Makron kimi PCR testinin Rusiya tərəfindən aparılmasını qəbul etməyib.



Məlumata görə, kanslerin test sınağı Almaniyanın Moskvadakı səfirliyinin həkimi tərəfindən aparılıb.

“Royter” agentliyinə danışan mənbə bildirib ki, sınaq Şolszun təyyarəsi yerə endikdən sonra həyata keçirilib və Almaniya kansleri sınaq prosesini müşahidə etmək üçün Rusiyaya kimisə göndərə biləcəyini deyib.

Xatırladaq ki, E. Makron keçən həftə V. Putinlə görüşdən əvvəl Rusiyanın PCR testindən keçməkdən imtina etmişdi. Fransız mənbə deyib ki, Makronun DNT-sinin Rusiyaya keçməsinə icazə verə bilməzdik.

Rusiyanın Avropadakı ən mühüm ticarət tərəfdaşı olan Almaniyanın Baş naziri Şolsz, Putinlə görüşdən əvvəl Qərbin Rusiyanın təhlükəsizlik narahatlıqları ilə bağlı dialoqa açıq olduğunu, lakin Ukraynaya müdaxilə halında Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəklərini bildirmişdi.

Putin Şolsz ilə görüşdən əvvəl verdiyi açıqlamada enerji sahəsində Rusiya-Almaniya əməkdaşlığının Moskva üçün prioritet olduğunu bildirib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}