16:39 / 28-11-2024
Sabah qar yağacaq
Rusiyanın Ukraynaya hücum edə biləcəyi növbəti tarix açıqlanıb
Tarix: 17-02-2022 12:59 | Bölmə: Dünya
Rusiyanın Ukraynaya hücum edə biləcəyi növbəti tarix açıqlanıb

Rusiyanın Ukraynanı fevralın 16-da işğal edəcəyi ehtimalı həddindən artıq şişirdilib.

“Politico”da nəşr edilmiş məqalədə bildirilib ki, 16 fevral tarixinin həddindən artıq şişirdilməsi, hadisələri anlamaq üçün vacib olan əsas tarixdən diqqəti yayındırır.

Nəşrə açıqlama verən amerikalı hərbi analitik, Dənizçilik Təhlil Mərkəzinin (CNA) eksperti Maykl Kofman bildirib ki, əsas diqqət fevralın 20-dən sonra baş verəcək proseslərə yönəldilməlidir və bu proseslər Rusiyanın həqiqi niyyətinin anlaşılmasına yardım edəcək.

Kofman əlavə edib ki, “Soyuq müharibə”dən sonrakı ən böyük hərbi təlimlər olan Rusiya-Belarus hərbi təlimləri fevralın 20-də başa çatacaq və Rusiya Prezidenti Vladimir Putin həmin tarixdən sonra qoşunlarının Belarusdan çıxacağı sözünü verib.

“Bu, (20 fevral- red.) onların yalan danışıb-danışmadığını anlamaq üçün faydalı bir tarixdir. Kəşfiyyatçılar qoşunların həqiqətən də öz yerlərinə qayıtdığını, yoxsa Ukrayna ilə sərhədə yaxın yeni bir mövqe almalarını müşahidə etməlidirlər”, - Kofman vurğulayıb.

Məqalədə qeyd olunub ki, Rusiyanın Ukraynaya hücumu ilə bağlı digər faktor Ukrayna Prezidenti Vladimir Zelenskinin ölkə xaricində olacağı Münhen Təhlükəsizlik Konfransıdır.

O da qeyd olunub ki, fevralın 20-də Pekin Qış Olimpiya Oyunları da başa çatır və Putin bağlanış mərasimindən əvvəl Ukraynaya hücum edərək Çin lideri Si Cinpinin kefini qaçırmayacaq/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər