16:39 / 28-11-2024
Sabah qar yağacaq
Ukrayna prezidenti: “Rusiyayönlü qüvvələrin uşaq bağçasını atəşə tutması böyük təxribatdır”
Tarix: 17-02-2022 16:57 | Bölmə: Dünya
Ukrayna prezidenti: “Rusiyayönlü qüvvələrin uşaq bağçasını atəşə tutması böyük təxribatdır”

“Stanitsiya Luqanskayada rusiyayönlü qüvvələrin uşaq bağçasını atəşə tutması böyük təxribatdır”.

Bunu Ukrayna prezidenti Volodimir Zelenski "Tvitter"də yazıb.

“Diplomatların və ATƏT-in Ukraynada qalması vacibdir, onların monitorinq fəaliyyəti çəkindirici faktordur. Bizə atəşkəs rejiminin bütün pozuntularını qeydə almaq üçün səmərəli mexanizm lazımdır”, - dövlət başçısı bildirib.(Report)

Qeyd edək ki, bu gün səhər Rusiya dəstəkli qondarma “Luqansk Xalq Respublikası”nın qüvvələri Ukraynanın Luqansk vilayətinin Stanitsa Luqanskaya yaşayış məntəqəsindəki uşaq bağçasına mərmi atıb. Hadisə nəticəsində bağçanın iki əməkdaşı xəsarət alıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər