16:39 / 28-11-2024
Sabah qar yağacaq
Britaniya XİN: "Rusiyanın hərbi qüvvələrini sərhəddən geri çəkməsi barədə dəlil yoxdur"
Tarix: 17-02-2022 18:53 | Bölmə: Dünya
Britaniya XİN: "Rusiyanın hərbi qüvvələrini sərhəddən geri çəkməsi barədə dəlil yoxdur"

Böyük Britaniya xarici işlər naziri Elizabet Trass Ukraynanı Rusiyanın hərbi qüvvələrini sərhəddən geri çəkməsilə bağlı bəyanatına arxayınlaşmamağa çağırıb.

“The Telegraph” xəbər verir ki, nazir yazısında Rusiyanın Ukrayna sərhədindəki gərginliyi aylarla uzatmaqla Qərbin səbrini yoxlamaq taktikasına əl ata biləcəyi fikrini irəli sürüb.

“Rusiyanın bəzi hərbi birləşmələrinin daimi yerlərinə qaytarılmasına dair iddiasına arxayınlaşmamalıyıq” – deyə qeyd edən nazir Rusiya ordusunun Ukrayna sərhədlərindən geri çəkilməsinə dair dəlil olmadığını diqqətə çatdırıb/Report.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden fevralın 15-də Rusiyanın Ukrayna sərhədinə 150 mindən artıq hərbçi topladığını açıqlayıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər