16:39 / 28-11-2024
Sabah qar yağacaq
Britaniya Rusiyanı yenidən danışıqlara çağırır
Tarix: 18-02-2022 07:54 | Bölmə: Dünya
Britaniya Rusiyanı yenidən danışıqlara çağırır

Ukrayna ilə sərhəddə vəziyyət kritik olsa da, hələ ki, münaqişənin qarşısını almaq mümkündür.

Reyting.az
xəbər verir ki, bunu Böyük Britaniya Xarici işlər nazirinin müavini Ceyms Kleverli BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında deyib.

Nazir müavini bildirib ki, London Rusiya qoşunlarının Ukrayna ilə sərhəddən çıxarılmasına dair heç bir sübut görmür.

Xarici KİV-lərin məlumatına görə, C. Kleverli Rusiyanı danışıqlar aparmağa və Avropada sülh, təhlükəsizlik və sabitliyə uyğun hərəkət etməyə çağırıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər