Zelenski: “Biz atəşkəs rejiminin tətbiqinin tərəfdarıyıq”
Tarix: 20-02-2022 18:46 | Bölmə: Dünya
Zelenski: “Biz atəşkəs rejiminin tətbiqinin tərəfdarıyıq”

Ukrayna prezidenti Vladimir Zelenski bu gün fransalı həmkarı Emmanuel Makron ilə telefon danışığı apardığını deyib. Danışıq zamanı o, Donbassdakı münaqişənin həlli üçün dərhal Təmas Qrupunun toplanmasına və atəşkəs rejiminin tətbiqinə çağırıb.

Prezident bu barədə “Twitter” səhifəsində yazıb:

“Dünənki söhbəti davam etdirərək, mən Emmanuel Makrona mövcud təhlükəsizlik vəziyyəti və yeni təxribat xarakterli atəşlər barədə məlumat verdim. Biz sülh prosesinin intensivləşdirilməsinin tərəfdarıyıq. Biz üçtərəfli Təmas Qrupunun dərhal çağırılmasının və dərhal atəşkəs rejiminin tətbiqinin tərəfdarıyıq”.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}