16:39 / 28-11-2024
Sabah qar yağacaq
Makron prezidentliyə namizəd olmayacaq?
Tarix: 21-02-2022 10:02 | Bölmə: Dünya
Makron prezidentliyə namizəd olmayacaq?

Fransa prezidenti Emmanuel Makron Ukraynadakı vəziyyət fonunda prezident seçkilərində namizədliyini irəli sürməyi fevralın son həftəsinə qədər təxirə salıb.

Bu barədə “Franceinfo” radiostansiyası mənbələrə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Makronun namizədliyini gələn həftə, fevralın 26-da Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi başlamazdan əvvəl və ya onun açıldığı gün rəsmən irəli sürəcəyi güman edilirdi, lakin Ukraynada vəziyyətin pisləşməsi bu planları dəyişib.

“Emmanuel Makron fevralın 28-dək özünü prezidentliyə namizəd kimi elan etməyəcək”, - nəşr yazır.

Radiostansiya qeyd edir ki, bu, namizədliyin irəli sürülməsi üçün mümkün olan son həftədir, çünki martın 4-dək Fransa prezidentliyinə namizədlərdən ölkənin Konstitusiya Şurasına onların dəstəklənməsi üçün seçilmiş rəsmilərin 500 imzasını təqdim etmələri tələb olunur.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər