Avropa İttifaqı Ukraynaya yardım ayırıb
Tarix: 21-02-2022 14:55 | Bölmə: Dünya
Avropa İttifaqı Ukraynaya yardım ayırıb

Avropa İttifaqı (Aİ) Şurası Ukraynada sabitliyin möhkəmlənməsi üçün bu ölkəyə kredit şəklində 1,2 milyard avro həcmində makromaliyyə yardımı ayırıb.

Reyting.az
xəbər verir ki, ölkədə vəziyyət kəskin böhran şəkli alarsa, ölkəyə operativ yardım göstəriləcək.

“Hazırkı geosiyasi gərginlik Ukraynanın iqtisadi və maliyyə sabitliyinə mənfi təsir göstərdiyindən Aİ Ukraynaya iqtisadi yardımı sürətləndirib. Təhlükəsizliklə bağlı daimi təhdidlər artıq əhəmiyyətli həcmdə kapitalın geri çəkilməsinə səbəb olub. Yüksək geosiyasi qeyri-müəyyənlik səbəbindən Ukrayna beynəlxalq kapital bazarlarına çıxışı itirir”, - bəyanatda deyilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}