16:39 / 28-11-2024
Sabah qar yağacaq
Çin: "Rusiyanın "Donetsk" və "Luqansk"ini tanımasından sonra konfliktin eskalasiyasına imkan verilməməlidir"
Tarix: 22-02-2022 12:46 | Bölmə: Dünya
Çin: "Rusiyanın "Donetsk" və "Luqansk"ini tanımasından sonra konfliktin eskalasiyasına imkan verilməməlidir"

Çin hesab edir ki, Rusiyanın "Donetsk və Luqansk Xalq Respublikaları"nı tanımasından sonra konfliktin eskalasiyasına imkan verilməməlidir.

Bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Van Venbin açıqlama verib.

O, Çinin Ukrayna böhranında mövqeyinin bəlli olduğunu və məsələnin BMT Nizamnaməsi əsasında həll olunmasının vacib olduğunu qeyd edib.

Van Venbin tarixi faktorların Ukrayna böhranını çətinləşdirdiyini əlavə edib/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər