Conson: "Rusiyaya sanksiyalar tətbiq edəcəyik”
Tarix: 22-02-2022 13:34 | Bölmə: Dünya
Conson: "Rusiyaya sanksiyalar tətbiq edəcəyik”

"Rusiyaya dərhal iqtisadi sanksiyalar paketi tətbiq edəcəyik”.

Baş nazir Boris Conson bu barədə hökumətin Ukrayna ilə bağlı təcili iclasından sonra deyib.

Baş nazir bildirib ki, Putinin “DXR” VƏ “LXR”-i tanıması qərarı Ukraynanın suverenliyini açıq-aşkar pozub: “Putin beynəlxalq hüququ tamamilə pozub və biz dərhal iqtisadi sanksiyalar paketini tətbiq edəcəyik, məncə bu onlar tərəfindən də gözləniləndir”.

Baş nazirin sanksiyalarla bağlı daha ətraflı məlumatı bu gün günorta saatlarında parlamentin aşağı palatasında çıxışı zamanı açıqlaması gözlənilir/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}