Rusiya parlamenti Ukrayna ərazisindəki qondarma rejimlərlə sazişləri təsdiqləyib
Tarix: 22-02-2022 15:20 | Bölmə: Dünya
Rusiya parlamenti Ukrayna ərazisindəki qondarma rejimlərlə sazişləri təsdiqləyib

Rusiya Dövlət Duması Ukrayna ərazisində qondarma Donetsk və Luqansk “respublika”ları ilə “dostluq, əməkdaşlıq, qarşılıqlı yardım” sazişlərini təsdiq edib.

Reyting.az
xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi də həmin “respublika”ları onların öz “səlahiyyət”lərini icra etdiyi sərhədlər daxilində tanıdıqlarını açıqlayıb.

Xatırladaq ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin Donetsk və Luqansk “respublika”larının “müstəqilliy”ini tanımaqla bağlı fərmanlar imzalayaraq həmin qurumlarda sülhü təmin etməklə bağlı göstərişlər verib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}