ABŞ və Rusiya prezidentlərinin görüşü ləğv edilib
Tarix: 23-02-2022 08:31 | Bölmə: Dünya
ABŞ və Rusiya prezidentlərinin görüşü ləğv edilib

ABŞ və Rusiya prezidentləri arasında əvvəllər müzakirə edilən görüş artıq planda yoxdur.

Reyting.az
xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib.

Bununla yanaşı qeyd edilir ki, ABŞ administrasiyası diplomatiyaya qapı bağlamır.

Ağ Evin mətbuat katibi Cen Psaki sammitin mümkünlüyü ilə bağlı sualı cavabında "Bu görüş indiki mərhələdə əlbəttə ki, planlara daxil deyil", - deyib.

Qeyd edək ki, ABŞ prezidenti Cozef Bayden Birləşmiş Ştatların Rusiyanın suveren borcuna qarşı sanksiyalar tətbiq etdiyini bildirib.

Xatırladaq ki, 2022-ci il fevralın 21-də Rusiya prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbass ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb. BMT üzvlərinin mütləq əksəriyyəti isə Krım yardımadası və Donbassı Ukraynanın ərazisi sayırlar.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}