BMT: "Dünya ən böyük sülh və təhlükəsizlik böhranı ilə üzləşib"
Tarix: 23-02-2022 22:59 | Bölmə: Dünya
BMT: "Dünya ən böyük sülh və təhlükəsizlik böhranı ilə üzləşib"

"BMT Baş katibi Antoniu Quterreş Baş Assambleyanın Ukraynadakı hadisələrlə bağlı diplomatik müzakirələrini dəstəkləyir və bunun uğurlu nəticələr verəcəyinə ümid edir”.

Bunu Baş katibin sözçüsü Stefan Düjarrik keçirdiyi brifinqdə bildirib.

Düjarrik əlavə edib ki, Quterreş BMT Baş Assambleyasının Ukraynadakı son hadisələrə həsr olunmuş sessiyasındakı çıxışında Rusiyanın Ukraynanın ərazi bütövlüyünü və suverenliyini pozduğunu, bu addımın BMT Nizamnaməsinə, eləcə də Minsk razılaşmasına birbaşa zidd olduğunu təkrar vurğulayıb.(Report)

Baş katib isə çıxışında deyib ki, dialoq diplomatiyasını dəstəkləyir.

Quterreş dünyanın ən böyük sülh və təhlükəsizlik böhranı ilə üzləşdiyini xüsusi vurğulayıb: "Ukraynada müharibənin olması təkcə Ukrayna xalqı üçün deyil, bütövlükdə region üçün fəlakətə səbəb ola bilər".

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}