16:39 / 28-11-2024
Sabah qar yağacaq
AŞPA Ukraynadakı mövcud vəziyyətlə bağlı tədbirlər görəcək
Tarix: 24-02-2022 14:50 | Bölmə: Dünya
AŞPA Ukraynadakı mövcud vəziyyətlə bağlı tədbirlər görəcək

"Avropa Şurası Nazirlər Komitəsi və AŞPA Ukraynadakı mövcud vəziyyətlə bağlı tədbirlər görəcək".

Bunu Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç bildirib.

O deyib ki, Rusiyanın Ukraynaya hərbi hücumunu Avropa Şurası Nizamnaməsinin, Avropa İnsan Hüquqları Konvensiyasının idbar pozulması kimi qətiyyətlə pisləyirəm: "Bu, Avropa üçün, müdafiə etdiyi bütün dəyərlər üçün zülmət vaxtıdır. Rusiya hökumətini bütün qitə üçün daha da dağıdıcı nəticələrə yol verməmək üçün dərhal hərbi əməliyyatlarını dayandırıb diplomatiyaya qayıtmağa çağırıram. Mülki əhalini qorumaq başlıca vəzifə olaraq qalmalıdır. Bütün düşüncələrimlə Ukrayna xalqının və hökumətinin yanındayam”/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər