Keçmiş müdafiə naziri: “Putini dayandırmaq üçün hazırlığımız yoxdur”
Tarix: 24-02-2022 18:30 | Bölmə: Dünya
Keçmiş müdafiə naziri: “Putini dayandırmaq üçün hazırlığımız yoxdur”

Almaniyanın keçmiş müdafiə naziri Anneqret Kramp Karrenbauer Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı müəyyən etiraflar edib. O, Qərbin uğursuzluğa düçar olduğunu və buna görə qəzəbləndiyini bildirib.

Reyting.az
xəbər verir ki, bu barədə sabiq müdafiə naziri özünün “Tvitter” hesabında bildirib.

“Tarixi uğursuzluğumuza görə özümüzə çox qəzəblənirəm. Gürcüstan, Krım və Donbasdan sonra Putini həqiqətən də çəkindirəcək heç bir şey hazırlamadıq”,- Karrenbauer bəyan edib.

Keçmiş nazir qeyd edib ki, keçmiş baş nazirlər Helmut Şmidt və Helmut Kolun danışıqların hər zaman ön planda olduğuna dair təlimləri unudulub.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}