16:39 / 28-11-2024
Sabah qar yağacaq
Ukrayna Ordusu Luqanskdə əks-hücuma keçib: "Rus hərbçilər geriyə qaçıb"
Tarix: 25-02-2022 17:20 | Bölmə: Dünya
Ukrayna Ordusu Luqanskdə əks-hücuma keçib: "Rus hərbçilər geriyə qaçıb"

Ukrayna Silahlı Qüvvələri Luqansk vilayətinin Belovodsk rayonunda Rusiyanın işğalçı qüvvələrinin mövqelərini yararaq əks-hücuma keçib və mövqelərini möhkəmləndiriblər.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin Əməliyyatının Qərargahı məlumat yayıb.

Bildirilib ki, xeyli itki verən Rusiya hərbçiləri döyüş meydanından Rusiya sərhədi istiqamətində qaçmağa başlayıblar/Report.

Qeyd edək ki, Birləşmiş Qüvvələrin Əməliyyatı Ukrayna Silahlı Qüvvələrinin ölkənin şərqindəki separatçılara qarşı 2018-ci ildən bəri davam etdirdiyi əməliyyatın adıdır. Əməliyyat 2014-cü ildən 2018-ci ilədək Antiterrorçuluq Əməliyyatı adlanıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər