Litvada rusiyalı diplomat döyülüb
Tarix: 25-02-2022 20:16 | Bölmə: Dünya
Litvada rusiyalı diplomat döyülüb

Litvada Ukraynada müharibəyə etiraz edənlər rusiyalı diplomatı döyüblər. Hadisə Rusiyanın Vilnüsdəki səfirliyinin yaxınlığında baş verib.

Səfirliyin nümayəndəsi TASS xəbər agentliyinə belə bir hadisənin baş verdiyini təsdiqləyib. Hazırda faktla bağlı araşdırmalar aparılır.

Vilnüs polisi diplomata hücumda şübhəli bilinən şəxsin saxlanıldığını bildirib. Hadisənin digər təfərrüatları və qurbanın adı açıqlanmır.(virtualaz.org)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}